Адрес: Səməd Vurğun, Bakı, АзербайджанТелефон: +994 12 597 43 23 |
Ответы на популярные вопросы
|
Акции, скидки в году
Azərbaycan Tibb Unversteti отзывы
|
Есть и плохие ассоциации с этим университетом: абсолютно ненужные кафедры, которые были в наше время, - философии, экономики, истории Азербайджана, истории медицины, физики, информатики, азербайджанского языка и т. д. (слава Богу новый ректор-психиатр закрыл некоторые из этих кафедр); безолаберные, поверхностные в знаниях, застрявшие в советской отсталой медицине учителя. Но есть и не мало хороших ассоциаций и воспоминаний: друзья и близкие, которых я приобрёл; проведённое с ними прекрасное время (и в период волнующих сессий, и на досуге, и на занятиях); ответственные, знающие, обучающие, делящиеся своими знаниями, продвинутые учителя-идеалисты. Чувства мои амбивалентны, но ввиду преобладания хороших воспоминаний об этом университете ставлю четыре звезды:)
15.07.2019
Через год кончаю университет. Увы, но знания АМУ дал мизерные. 90% медицинских знаний благодаря самообразованию. Для тех, кто уже в нем учится: старайтесь больше работать над собой самостоятельно.
29.06.2019
6 лет жизни коту под хвост :) всему научился после
13.06.2019
Если вы хотите учиться идите в Сеченов
28.05.2019
Azərbaycan Tibb Universiteti - minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, həmçinin alimlər yetişdirən elm ocağıdır. Burada tədris prosesi birbaşa olaraq elmi tədqiqatlar, səhiyyədə əldə olunan nailiyyətlər ilə sıx əlaqəlidir. Azərbaycan Tibb Universiteti (ATU) 1930-cu ildə Bakı Dövlət Universitetinin (BDU) tibb fakültəsinin bazası əsasında yaradılmışdır. Bu baxımdan, BDU-nun tibb fakültəsinin varisi sayılan universitetimiz özündə az qala 100 illik bir tarixi ehtiva edir. Yarım əsrdən çoxdur fəaliyyətdə olan Azərbaycan Tibb Universiteti hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyaları ilə Azərbaycanın ən iri elm və tibb ocağıdır. Universitetimizin elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilmişdir ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan yaradır. ATU-nun hazırda mövcud olan 4 klinikaları ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası vardır. Təkcə 11 mərtəbəli müasir tipli tədris binası 2500 tələbəni qəbul etmək imkanına malikdir. Burada universitetin bir sıra nəzəri kafedraları, internet mərkəzi, 1 milyona yaxın kitab ehtiyatı olan unikal kitabxanası və "Təbib" nəşriyyatı yerləşir. ATU-nun Böyük Elmi Şurasının 27 yanvar tarixli 6 saylı iclasının qərarına əsasən, ATU-nun yeni gerb və loqosu təsdiqlənib. Azərbaycan Tibb Univesitetinin yeni gerbi dairəvi formadadır. Dairənin mərkəzində maarif və inkişaf rəmzi kimi açılmış kitab təsvir edilib. Kitabın üstündə Hippokrat camı, yəni ilan sarılmış cam yerləşdirilib. Məlum olduğu kimi bu simvol dünyada səhiyyə və tibbin əsas rəmzi sayılır. Kitabın altında ərəb rəqəmləri ilə 1930 - universitetin yaranma tarixi əks olunub. Kitabı, tarixi və Hippokrat camını iki ədəd zeytun yarpağı əhatələyir. Zeytun - Azərbaycanda yetişən əsas bitkilərdən biri kimi geraldikada sülh, inkişaf, eləcə də şəfa rəmzi kimi qəbul edilib. Gerbin kənarları boyunca “Azərbaycan Tibb Universiteti” sözləri yazılıb, sözlərin hər iki tərəfində isə səkkizgüşəli ulduz əks olunub. Gerbin alt hissəsində isə üçrəngli bayrağımızın rənglərinə uyğun olaraq göy, qırmızı və yaşıl rənglərdə üç zolaq çəkilib. Bunlar məhz Azərbaycan Respublikasına məxsusluğumuzu, milliliyimizi və dövlətimizi xarakterizə edən simvollardır. ATU-nun yeni loqosunda isə açılmış kitabın ortasında rəmzi cam təsvir edilib. Camın ətrafına cərrahi iynə formasında ilan sarılıb. Loqoda ATU abbreviaturası, onun altında universitetin yaranma tarixi yenə də ərəb rəqəmləri ilə qeyd olunub. Səhiyyənin gələcəyi bizdən başlayır! 1996-cı ildə Cənubi Qafqaz Respublikalarının ali məktəbləri arasında ilk olaraq məhz bizim universitetimiz Londonda çapdan çıxan beynəlxalq təhsil birliyinin reyestrinə daxil edilmişdir. Universitetimiz 1998-ci ildə Qara dəniz hövzəsi ölkələrinin Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçilmişdir. Ötən əsrin 90-cı illərindən hal-hazıra qədər ATU-nu bitirən gənc həkim kadrları təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində, o cümlədən Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Türkiyədə, Kanadada, İran İslam Respublikasında, Rusiya Federasiyasında, İsveçrədə və digər ölkələrdə uğurla fəaliyyət göstərirlər. Hər il Tibb Universitetini bitirən onlarla məzun yuxarıda qeyd olunan ölkələr də daxil olmaqla, bir çox inkişaf etmiş xarici ölkələrdə komissiya qarşısında yoxlama sorğusundan keçərək, ATU-da aldıqları diplomları təsdiq etdirir və orada işə qəbul olunurlar.
12.05.2019
Отзывы посетителей о других местах
Sabunçu məscidi
Qaraçuxur, Азербайджан
16 Saylı Poçt
General Əliağa Şıxlinski küçəsi, Bakı 1149, Азербайджан
Cicek Yagisi .C.Y.
Qara Qarayev, Qaraçuxur, Азербайджан
DEPO APTEKI
Баку, Азербайджан
NAIL SPA BEAUTY
Hyyat Regency, Izmir St, Bakı, Азербайджан